Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən "N" hərbi hissənin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Mediainfo.az-ın MN-ə istinadən verdiyi xəbərə görə, Tədbirdə hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbir açıq elan edildikdən sonra hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub, şanlı səhifələr yazıb. Onlarla döyüşçü müxtəlif orden və medallarla təltif olunub.
Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik ediblər və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə gücləndiyini, döyüş qabiliyyətini artırdığını xüsusi vurğulayaraq, Ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğuna əminliklərini ifadə ediblər.
Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup fərqlənən hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Bayram tədbiri Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Baş Mədəniyyət İdarəsinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































