ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə, Ankara çox sayda və son dərəcə sərt cavablar verə bilər.
Bunu Rusiyanın Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko bildirib.
O qeyd edib ki, ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, İncirlikdəki ABŞ-ın taktiki nüvə silahları təxliyə edilə bilər. Bu isə ABŞ-a son dərəcə ağır zərbə olar:
"Əgər ABŞ təhdid və təzyiq siyasətinə davam edərsə, xüsusən də Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sistemləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq edərsə, buna qarşı addımlar atılacaq. İncirlik hərbi bazası ABŞ-ın NATO-nun cənub cinahındakı aktları üçün əhəmiyyətlidir və bu addım həm hərbi, həm də siyasi mənada Vaşinqton üçün son dərəcə ağır zərbə olar".
Qeyd edək ki, bu gün Ağ Evdə Prezident Donald Tramp və 45 senatorun iştirakı ilə Türkiyəyə CAATSA sanksiyalarının tətbiq edilib-edilməməsi istiqamətində görüş keçirilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































