Yaponiya Cənubi Koreyaya və Rusiyaya hərbi təyyarə ilə bağlı hadisəyə görə etirazını bildirib.
İyulun 23-də Cənubi Koreya qırıcısı Rusiya hərbi təyyarəsinə Yapon dənizində Yaponiyanın da iddia etdiyi Cənubi Koreyaya məxsus hava məkanını pozduğuna görə xəbərdarlıq atəşi açıb.
Yaponiyada Takeşima, Cənubi Koreyada isə Tokto adaları adlanan bu mübahisəli adalar materikdən 200 kilometr məsafədə yerləşir. 1954-cü ildə Cənubi Koreya burada təhlükəsizlik xidmətinin əməkdaşlarını yerləşdirərək həmin adaları tam nəzarətə götürüb.
Qərargah rəislərinin birləşmiş komitəsinin bildirdiyinə görə, əvvəlcə Rusiyaya məxsus təyyarə Cənubi Koreyanın hava məkanını pozub.
Eyni zamanda, JCS-nin yaydığı məlumata görə, iyulun 23-də Çin hərbi təyyarələri də Cənubi Koreyanın hava-hücumundan müdafiə zonasına daxil olub.
Yonhap agentliyinin Cənubi Koreya hərbi mənbələrinə istinadla yaydığı məlumata görə isə, Rusiya və Çin təyyarələrinin uçuşları iki ölkə arasında mümkün təlimlər əsasında baş verib.
Yaponiya bu adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir. Lakin bu adalar Cənubi Koreyanın nəzarətində olduğuna görə, Yaponiya burada öz hava hücumundan müdafiə zonasını yaratmayıb.
Bununla yanaşı, Yaponiya hökumətindəki mənbələr Rusiya və Çin təyyarələrinin uçuşları ilə bağlı yapon hərbi-hava qüvvələrinin öz qırıcılarını səmaya qaldırdığını da bildirir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































