"Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib, məsuliyyətə cəlb edə bilmədi".
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədri sözlərinə görə, Leyla Yunus həmin dövrdə Müdafiə Nazirliyinə işə də agent kimi göndərilmişdi və qəbul olunmuşdu: "Yoxsa adamdan soruşarlar ki, bir gün nə jurnalist, nə analitik fəaliyyətlə məşğul olmamış sən tarixçi və akademiyanın elmi işçisi hara, Müdafiə Nazirliyinin Mətbuat və Analitik Mərkəzi hara?!".
Qüdrət Həsənquliyev Leyla Yunusun AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olduğunu vurğulayıb:
"Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız, onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, özünə "Elçibəyçi" deyib, Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə də əməkdaşlıq edib, müdrikcəsinə susan Milli Şura rəhbərləri də. Bu tipli adamlar müttəfiqlərini özləri seçmir.
Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə isə, Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları, onu qorxudan satmışdı.Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəkakətdən və məhv olmadan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən, onu Bakıya dəvət etdi və Leyla kimi cəsusların arzularını gözündə qoydu". Strateq.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































