Seçki bülletenlərinin 20,75 faizinin hesablanmasından sonra əldə olunan nəticələrə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyası parlamentdə 225 yer alır.
Bu haqda "Ukraynskaya Pravda" nəşrinin saytında bildirilir.
"Xalqın xidmətçisi" partiya siyahıları üzrə 121, majoritar qayda üzrə 104 yer qazanır. Son nəticələrə görə, Yuri Boykonun "Müxalifət platforması - həyat üçün" 42 (müvafiq olaraq 36 və 6), sabiq prezident Petro Poroşenkonun "Avropa həmrəyliyi" partiyası 27 (25 və 2), keçmiş baş nazir Yuliya Timoşenkonun "Batkivşina" partiyası 26 (25 və 1), "Səs" partiyası 21 (19 və 2) mandat qazanır.
Qeyd edək ki, ötən gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Deputat korpusunun yarısı (225) partiya siyahıları, digər yarısı isə majoritar dairələrdə seçiləcək. Parlamentə 5 faizlik baryeri keçən partiyalar düşə biləcəklər.
Bülletenlərin 20,75 faizinin sayılmasından sonra Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, "Xalqın xidmətçisi" 42,11 faiz səs toplayaraq liderliyini saxlayır. İkinci yerdə "Müxalifət platforması - həyat üçün" (12,69) gəlir. İlk beşliyi "Avropa həmrəyliyi" (8,68), "Batkivşina" (8,23) və "Səs" (6,39) bağlayır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































