Gürcüstanda son aylarda baş verən hadisələrlə əlaqədar ölkənin aparıcı politoloqları və ekspertlərindən təşkil edilən "Suveren seçkilər üçün koalisiya" bəyanat yayıb.
Bəyanata Andro Qoçiridze, Vladimir Svanadze, Tengiz Pxaladze, Tornike Şaraşenidze, Gela Vasadze, Laşa Xatiaşvili, Yeqor Kuroptev, Nikolay Levşiç, Nikoloz Çitadze, Vladimir Kopçak imza atıblar. Bəyanatda Gürcüstanın tərəfdaş dövlətləri ilə münasibətlərdə qeyri-stabillik yaradacaq müdaxiləsinə qarşı gürcü cəmiyyətinin konsolidasiyasına ehtiyac olduğu vurğulanıb. Ekspertlər kremlyönlü qüvvələrin aktivliklərini artıraraq, media orqanları və digər növ provokasiyalar vasitəsilə Gürcüstanın vacib strateji müttəfiqləri olan Türkiyə və Azərbaycandan Gürcüstan üçün mifik düşmən obrazı yaradılmasına cəhd edildiyini vurğulayıblar. Onlar Rusiyanın dövlət və kremlyönlü KİV-lərinin hazırladığı təbliğat xarakterli materialların Gürcüstanın suverenliyinə birbaşa təhdid olduğunu bildiriblər.
"Kremlin və Rusiya hakimiyyətinə bağlı olan faktorların fəaliyyəti Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı polemikanın dərəcəsinin azaldılmasına və gündəmin dəyişdirilməsinə, paralel mübahisələri alovlandıraraq Gürcüstanın müttəfiqləri ilə münasibətlərində qeyri-stabillik yaradılmasına yönəlib. Bu kampaniyanın hədəfi kremlyönlü qüvvələrin Gürcüstanın hakimiyyət strukturlarında və 2020-ci ildə baş tutacaq seçkilərlə parlament sıralarında güclənməsinə nail olmaqdır", - bəyanatda qeyd edilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















