Ukrayna Ali Radasına seçkilərdə sürprizlər ola bilər

Ukrayna Ali Radasına seçkilərdə sürprizlər ola bilər

Hər bir prezident çalışır ki, seçildikdən sonra parlamentdə də möhkəm mövqelərə malik olsun. Bu, yeni seçilmiş prezidentə ona görə lazımdır ki, lazım olan qanunlar parlamentin təsdiqindən keçirə bilsin. Ukraynada əvvəlki parlamentin buraxılması o qədər də asan olmadı. Müəyyən maneələr, əngəllər oldu. Amma buna baxmayaraq Vladimir Zelenski özünün ilk məharətini burada göstərdi və müəyyən qüvvələrlə sazişə girərək parlamentin buraxılmasına və yeni parlament seçkilərinin təyin edilməsinə nail oldu.

BunuTeleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bununla belə V.Zelenskinin reytinqi qısa müddətdə xeyli aşağı düşüb:
"Bu, çox az sayda prezidentin üzləşdiyi bir haldır. Hazırda Ukrayna siyasi elitası ciddi nigaran və pəjmürdə vəziyyətdədir. Onlar Zelenskidən o qədər böyük nailiyyətlər gözləmirdilər, xalq isə onu "ağ atlı oğlan" kimi təsəvvür edirdi. Ancaq Ukrayna cəmiyyətinin gözlədiyi ciddi sistem dəyişikliyi və ciddi anti-korrupsiya hələ ki baş verməyib. Hələlik Paoaşenko dövrü ilə ilə müqayisədə heç nə dəyişməyib. Hətta bəzi sahələrdə geri addımlamalar var. Məhz bu səbəbdən siyasi ekspertlərin çoxu belə hesab edir ki, Zelenskinin "Xalqa xidmət" Partiyası Ali Radaya seçkidə yerlərin əksəriyyətini əldə edə bilməsin".

Q.Hüseynli qeyd edib ki, hazırda siyasi partiyaların birliyindən ibarət konfiqurasiya qurulub:
"Bu konfiqurasiyada "Batkivşina" Partiyasının sədri Yuliya Timoşenkoya yer ayrılıb. Halbuki, bu xanım Ukraynaya kifayət qədər ziyan vurmuş bir insandır. Ancaq Zelenski özü bu məsələdə həlledici rol oynayır. Mən digər hansı partiyaların parlamentdə 5 faizlik baryeri keçə biləcəyini söyləməkdə çətinlik çəkirəm. Çünki seçkilər Ukrayna şəraitində sürprizlərlə doludur. İnsanlar indiyədək mövcud olan siyasi partiyalardan sanki bezmiş kimi görünürlər. Ona görə də dünənədək o qədər də populyar olmayan, hətta Ali Radada fraksiyası olmayan partiyalar parlamentə düşə bilərlər".

Qeyd edək ki, iyulun 21-də Ukrayna Ali Radasına növbədənkənar seçki keçiriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az