AB-nin Türkiyəyə sanksiya qərarının əsl səbəbi...

AB-nin Türkiyəyə sanksiya qərarının əsl səbəbi...

Türkiyənin qazıntı apardığı ərazi beynəlxalq sulardır və istənilən ölkə burada qazıntı apara bilər. Buna heç bir dövlətin müdaxilə etməyə ixtiyarı yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Avropa Birliyinin Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, artıq Türkiyənin iki qazma gəmisi sözügedən ərazidədir və kəşfiyyat-qazma işləri aparır:

"Türkiyənin hazırda qazıntı apardığı ərazilər beynəlxalq sulardır və istənilən ölkə burada araşdırma və qazıntı apara bilər. Bunun üçün Türkiyəyə təyin olunan sanksiyalar ədalətsiz və qərəzlidir. Bu sanksiyalar birtərəflidir və sadəcə Kipr respublikasının maraqlarına xidmət edir. AB-nin tərəfləri danışıqlar masasına gətirmədən, anidən sanksiyalar tətbiq etməsi beynəlxalq hüquq normalarına ziddir".

Politoloq Avropa Birliyinin sanksiya tətbiq etməsinin kökündə Türkiyənin S-400-ləri almasının olduğunu bildirib:

"Türkiyənin S-400-ləri alması NATO həmrəyliyinə zidd olsa da, bu, Ankaranın öz maraqları daxilində atılmış addımdır. Türkiyə müstəqil dövlətdir və istədiyi kimi öz ticarət əlaqələrini istənilən ölkə ilə qura bilər. Heç bir ölkənin və ya təşkilatın belə kobud şəkildə müdaxilə etməyə hüququ yoxdur".

Qeyd edək ki, dünən Avropa Birliyi Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etmək barədə qərar verib. Sanksiya planına əsasən, AB Ankaraya maliyyə yardımını məhdudlaşdıracaq, hava nəqliyyatı sazişi ilə bağlı danışıqları təxirə salacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az