Qazaxıstanda iyulun 6-da keçirilən icazəsiz mitinqlərdə 100-dən çox adam saxlanılıb.
Bu barədə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.
"İyulun 6-da ölkədə - Nur-Sultan və Almatı şəhərlərində keçirilən icazəsiz mitinqlərdə 100-dən çox adam saxlanılıb: 44 nəfər inzibati məsuliyyətə cəlb olunub, 19 nəfər inzibati həbs cəzasına məhkum edilib, 23 nəfərə inzibati cərimə tətbiq olunub, qalanları ilə profilaktik söhbət aparıldıqdan sonra evə buraxılıblar", - Y.Turqumbayev deyib.
Xatırladaq ki, iyulun 6-da etiraz aksiyasına qoşulmaq üçün küçələrə çıxmaq çağırışını Qazaxıstan ekstremist hərəkat hesab edilən "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazov sosial şəbəkələr vasitəsilə edib. Qazaxıstan Daxili İşlər Nazirliyi daha əvvəl icazəsiz mitinq iştirakçılarından travmatik silah və tüstü bombaları müsadirə edildiyini açıqlayıb. Report
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















