Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib

Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 2-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.

Mediainfo.az-a MN-dən verilən xəbərə görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 2-ci rübü ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də növbəti tədris dövrünə hazırlıq prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.
Müdafiə nazirinin müavini şəxsi heyətin nizam-intizamının möhkəmləndirilməsi, yanğın təhlükəsizliyinin və yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin təmin olunmasına nəzarətin gücləndirilməsi, eləcə də keçirilən praktiki dərs və təlimlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət olunması, sürücü heyətin peşəkarlığının artırılması və yol hərəkəti qaydalarına əməl edilməsi məqsədilə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az