Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
Nüvə sazişi məsələsini tənzimləmək əvəzinə ABŞ İrana qarşı aqresiv fəaliyyətlər icra edə bilər və bu da Yaxın Şərqdə partlayışa səbəb olar.
Bu sözləri rusiyalı senator Frants Klintseviç deyib.
"ABŞ-ın sazişdən çıxmasından sonra tamamilə gözlənilən qərar idi. Bəllidir ki, kimlərinsə xoşuna gəlməyəcək, ancaq İran hər şeydən əvvəl öz təhlükəsizliyinin qeydinə qalır", - Klintseviç bildirib.
Senator həmçinin ABŞ Prezidenti Donald Trampın səlahiyyət dövrünün dünyada strateji sabitliyin pozulması dövrü kimi tarixə düşəcəyini qeyd edib.Axar.az