Türkiyə Rusiyadan Su-57 alacaqmı?

Türkiyə Rusiyadan Su-57 alacaqmı?

ABŞ F-35-ləri Türkiyəyə satmaqdan qəti şəkildə imtina etsə, əlbəttə ki, rəsmi Ankara Rusiyadan Su-57-ləri ala bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov Türkiyənin Rusiyadan Su- 57 təyyarələrini alması ehtimalı haqqında danışarkən deyib. O bildirib ki, qardaş ölkənin atdığı bu addımlar Türkiyənin müstəqil və öz siyasətini istədiyi kimi aparmağa qadir olduğunu göstərir:

"Rəsmi Ankara hələ də ABŞ-dan F-35-təyarələrini almaqdan imtina etməyib. Sadəcə olaraq, Senatın qoyduğu şərtlərlə Ankara razılaşmır və buna görə də bu məsələ bu qədər uzanır. Təbii ki, məsələ çox uzanarsa və ABŞ F-35 layihəsindən Ankaranı tam təcrid edərsə, Türkiyənin Rusiyadan Su-57 təyyarələrini almaq ehtimalı artacaq. Çünki nəticə etibarı ilə hər ikisi yeni nəsil təyyarədir və demək olar ki, eyni funksiyanı yerinə yetirir".

Hərbi ekspert bildirib ki, Türkiyənin Rusiyadan S-400 alması da ABŞ-ın analoji siyasətinin nəticəsidir:

"ABŞ "Patriot" raketlərini uzun müddət Türkiyəyə vermədi, nəticədə isə Ankara öz hava məkanının təhlükəsizliyi üçün S-400 almaq məcburiyyəti qarşısında qaldı. İndi yenə ABŞ F-35-ləri Türkiyəyə vermək istəməsə, əlbəttə ki, rəsmi Ankara Rusiyadan Su-57-ləri alacaq. Çünki ABŞ tərəfi ona başqa seçim qoymur. Amma təbii ki, bu baş verərsə, Türkiyənin Qərblə və xüsusi ilə ABŞ münasibətləri daha da gərginləşəcək".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az