Pentaqon orta və qısa mənzilli raketlər üzrə müqavilənin (OQMRM) dayandırılması vəziyyətinə hazırlıq məqsədilə, yeni qeyri-nüvə raketlərinin hazırlanması istiqamətində işlər aparır. Bu barədə Pentaqonun başçısı vəzifəsini icra edən Mark Esper xəbər verib.
O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) artıq yeni qeyri-nüvə raketlərinin istehsalı üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə başlayıb ki, "istənilən təhdidin öhdəsindən gəlməyə kömək olsun".Esperin sözlərinə görə, alyans həm də Rusiyanın istənilən tipdə qanadlı raketlərinə qarşı raket əleyhinə müdafiə sistemini (RƏM) möhkəmləndirməlidir.
Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans OQMRM-nin fəaliyyətinin dayanması halına müvafiq siyasi və hərbi tədbirlər görəcək. O, izah edib ki, Rusiya özünün "beynəlxalq öhdəliklərini" pozacağı halda, belə tədbirlər alyansın müdafiə potensiyalının effektivliyini saxlamağa xidmət edir.
Xatırladaq ki, cari ilin fevral ayında ABŞ birtərəfli qaydada OQMRM-dən çıxmaq proseduruna başladığını elan edib. qeyri nüvə raketiAzPolitika.info
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































