Zareh Sinanyanın Ermənistanın Diasporla iş üzrə müvəkkili təyin edilməsi Paşinyanın faşist ideologiyasına və xüsusilə antiislam, antitürk düşüncəli insanlara verdiyi dəyərin göstəricisidir.
Mediainfo.az-ən verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa ifrat irqçi, islamofob Zareh Sinanyanın Ermənistanın Diasporla iş üzrə müvəkkili təyin edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Paşinyanın millətlərə və xalqlara nifrət bəsləyən birini vəzifəyə təyin etməsi təəccüblü deyil:
"Biz Zareh Sinanyanın keçmişinə nəzər salsaq görərik ki, o, bir sıra etnik qrupları və xalqları təhqir edən şəxsdir. Z.Sinanyan dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib və Dağlıq Qarabağ separatçılarını Kaliforniyada qəbul edib. Eyni zamanda, Sinanyan gürcülərə qarşı ritorikası ilə məşhurdur. O, Gürcüstanın Cavaxetiya bölgəsində ermənilərin separatizm meyillərini dəstəkləyənlərdən biridir. Belə bir şəxsin Ermənistanın baş naziri tərəfindən Diasporla iş üzrə müvəkkil vəzifəsinə təyin edilməsi bir daha Paşinyanın faşist ideologiyasına və antiislam, antitürk düşüncəli insanlara verdiyi dəyəri göstərir. Ümumiyyətlə, Paşinyanın millətlərə və xalqlara nifrət bəsləyən birini vəzifəyə təyin etməsi təəccüb doğurmur, çünki bu, erməni sifəti ilə bağlı olan məsəlidir. Bu sifət Paşinyan hakimiyyəti dövründə daha çox qabarır".
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















