Ümumiyyətlə, həssas məsələlərlə bağlı bir işdə şəxsi maraqların üstün tutulması yolverilməzdir.
Bu sözləri AŞPA-nın yay sessiyasında "Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək" adlı məruzənin müzakirəsi zamanı qurumdakı nümayəndə heyətimizin üzvü millət vəkili Sevinc Fətəliyeva səsləndirib.
O bildirib ki, müzakirə olunan məruzənin müəllifinin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir:
"Azərbaycan Avropa Şurasına üzv dövlətlərlə iqtisadi, enerji sahələrində yüksək səviyyəli əməkdaşlıq edir. Ancaq müzakirə olunan məruzədən görürük ki, onun müəllifinin bir məqsədi var: Azərbaycanın imicinə xələl gətirmək. Onlar bizi Avropa Şurası ilə əməkdaşlıq yolundan, həmin təşkilatın dəyərlərinə sadiq qaldığımız yoldan yayındıra bilməzlər.
Onlara səslənirəm: həqiqətən də Azərbaycandakı müsbət proseslər, xalqımız sizə maraqlıdırsa, onda enerjinizi və təşəbbüsünüzü düzgün istiqamətə yönləndirin. Ondan müsbət mənada istifadə edin. Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün hüquqlarına dair müzakirələr təşkil edin, işğal faktını müzakirə edin. Cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən bu gün də günahsız uşaqların qətlə yetirilməsini müzakirə edin".
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















