Rusiyalı məşhur teleaparıcı Vladimir Solovyov yenidən skandal çıxışı ilə gündəmə gəlib.
Öz verilişində çıxışı zamanı ABŞ-ın Rusiya sərhədləri yaxınlığında bioloji bombalar yerləşdirdiyini bildirib. Bundan başqa teleaparıcının proqramında ABŞ-ın postsovet ölkələrinə təsiri də müzakirəyə çıxarılıb. Belə ki, veriliş zamanı Pentaqonun nəzarəti altında Ukrayna, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Ermənistan və Özbəkistanda ABŞ biolaboratiyalarının fəaliyyət göstərdiyi bildirilib.
Müzakirə zamanı İsrailin milli təhlükəsizliyə yaranan təhdidləri güc yoluyla aradan qaldırdığı təcrübəsindən bəhs edən Solovyov Rusiyanın bu laboratoriyaların harada yerləşdiyini bildiyini və buna görə də İsrailin metodundan yararlanmalı olduğunu deyib. Rusiya Dumasının deputatı Gennadi Onişenko isə cavabında zərbə endirməyin məsələnin həll variantı olmadığını bildirib. Axar.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















