Azərbaycan bizim özümüzük. "Azərbaycan türkü", "Türkiyə türkü" deyə ayırmağa nə ehtiyac var ki?
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında İstanbul böyükşəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlunun müşaviri Murad Ongun deyib. M.Ongun seçkilərdən dərhal sonra Ə.İmamoğlunun ermənilərə təşəkkür etməsinin azərbaycanlılar arasında birmənalı qarşılanmamasına aydınlıq gətirib:
"Başqanın zəfər nitqində söylədiyi İstanbulda yaşayan icmalarla bağlı idi. İstanbulda çox sayda kürd, erməni, suriyalı, musəvi var. İmamoğlu onları nəzərdə tutaraq danışdı. Elə şey ola bilərmi ki, Əkrəm bəy erməninin adını çəksin, azərbaycanlıların adını çəkməsin?
Axıska türkü, Azərbaycan türkü deyə bir bölücülük etmək, əlbəttə ki, doğru olmazdı. Belə bir bölücülüyə getmək ağlımızın ucundan da keçə bilməz. Çünki biz birik. Azərbaycana olan sevgi və hörmətimizin nə qədər böyük olduğunu onsuz da hamı bilir", – deyə Ongun vurğulayıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















