Çox az adam fərqinə varır ki, bu il yubileydir. Düz 40 il bundan öncə ABŞ İran İslam Respublikasına qarşı ilk sanksiyalarını tətbiq etdi.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a rus hərbi ekspert və şərqşünas İqor Pankratenko son günlərdə alovlanan ABŞ-İran qarşıdurmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, 1979-cu ildən bu günə kimi bəzi dövrlərdə sözügedən sanksiyalar bəzən sərtləşdirildi, bəzən isə zəiflədi:
"Lakin önəmli olan budur ki, sanksiyalar İran İslam Respublikası rejiminin çöküşünə səbəb olmadı. Zənnimcə, bu dəfə də belə olacaq.
Əlbəttə, sanksiyalar İran iqtisadiyyatına zərər vurur, ölkə əhalisinin vəziyyətini ağırlaşdırır, amma rəsmi Tehran hələ ki, dayanıqlıdır.
Yəni həm İranın siyasi elitası, həm də ölkə əhalisi xarici təzyiqlərə qarşı çıxmaq iradəsini qorudu. Bundan başqa, İran hakimiyyəti hələ xalq tərəfindən verilmiş etimad və güvəni itirməyib.
Bu vəziyyət davam etdikcə sanksiyalar çətinlik törətsə də, ölümcül olmayacaq. İran lazımi şəkildə müqavimət göstərmək gücünə sahibdir və gələcəkdə də asimmetrik cavab verəcəkdir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























