Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbirdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, deputatlar, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə onlara uğurlar arzulayıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. Güclü, sarsılmaz və yüksək mənəvi-psixoloji hazırlığa malik ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə əminlik ifadə olunub.
Sonra yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində göstərdiyi səmərəli fəaliyyətə görə və bayram münasibətilə Təlim və Tədris Mərkəzinin bir qrup hərbi qulluqçusu Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.
Tədbir tanınmış ifaçıların iştirakı ilə təqdim edilən konsert proqramı ilə davam edib
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































