ABŞ-ın pilotsuz təyyarəsinin İranın hava məkanına qanunsuz daxil olması beynəlxalq qanunların pozulmasıdır.
Bu sözləri İranın vitse-prezidenti Leya Cənidi deyib.
O bildirib ki, insidentlə əlaqədar İran beynəlxalq məhkəməyə müraciət edəcək. Hələlik faktlar və sübutlar toplanır. Sonra İran bu faktları beynəlxalq məhkəməyə təqdim edərək hava sərhədinin ABŞ tərəfindən pozulmasına hüquqi qiymətin verilməsini tələb edəcək.
Xatırladaq ki, iyunun 13-də ABŞ-ın pilotsuz təyyarəsi İranın hava məkanına qanunsuz daxil olub. İranın Hərbi Hava Qüvvələri isə təyyarəni vurub.
Qeyd edək ki, pilotsuz təyyarə ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bazasından havaya qalxaraq İran ərazisinə daxil olub. Bununla əlaqədar BƏƏ-nin Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub. Azərtac
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















