"Gürcüstanda böhran çoxdandır yaranıb və bunun da səbəbi hökumətin qeyri-peşəkarlığıdır".
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında politoloq Tengiz Txilava bildirib.
Onun sözlərinə görə, Abxaziyada döyüşdüyü iddia olunan rusiyalı deputat Sergey Qavrilovun Tbilisiyə dəvət olunması səhv addımdır: "Hakim komanda üzvlərinin rusiyalı deputatın parlamentdə spikerin kreslosunda əyləşməsinin razılaşdırılmadığını bildirərək, özlərinə haqq qazandırmaları isə növbəti ağılsızlıq olub. Hamıya məlumdur ki, bu cür tədbirlərin proqramı və gündəliyi öncədən təsdiqlənir".
Politoloq bildirib ki, iyunun 20-də Tbilisidə keçirilən kütləvi etiraz aksiyasının amansızcasına dağıdılmasına yol verilməməli idi: "Gürcüstanda son hadisələr siyasi elitanın tam məsuliyyətsizliyini göstərdi. Ölkə siyasi baxımdan çıxılmaz vəziyyətdədir və cəmiyyətədə bədbin əhval-ruhiyyə hökm sürür".
T.Txilava deyib ki, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi az ehtimal olunur. "Hakim Gürcü Arzusu Partiyası reytinqini sürətlə itirir. Bəlkə də hakimiyyət bu reytinqin sıfıra yaxınlaşmasını gözləməyərək, vəziyyətdən xilas olmaq üçün bir aydan sonra növbədənkənar parlament seçkilərinə gedəcək".
Politoloqun sözlərinə görə, Gürcüstanda müxalifət də nüfuzunu getdikcə itirir və üçüncü qüvvəyə ehtiyac duyulur: "Ötən günkü aksiya göstərdi ki, yeni nəsil artıq nə hakimiyyət, nə də müxalifətə inanır. Həmin gənclərdən üçüncü qüvvənin yetişməsi üçün isə zaman tələb olunur".
T.Txilava Rusiya prezidenti Vladimir Putinin yerli aviaşirkətlərin iyulun 8-dən etibarən Gürcüstana uçuşların qadağan olunması ilə bağlı qərarının mümkün təsirlərini də şərh edib. Onun fikrincə, Gürcüstanda rusiyalı turistlərə hədəflənmiş biznes zərərlə üzləşəcək: "Gürcüstan iqtisadi baxımdan Rusiyanı unutmalı, yeni imkanlar və bazarlar tapmalıdır. Əlbəttə ki, bu, uzun zaman və zəhmət tələb edən prosesdir. Bunun üçün həm də yorulmadan davamlı iş aparılmalıdır".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































