Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Geylin iyulun 3-7-də Bakıya səfər edəcək.
Bu barədə həmməruzəçi Stefan Şennak məlumat verib.
Onun sözlərinə görə, səfərin gündəliyi çox sıx olacaq: "Səfər çərçivəsində bir sıra dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşlər keçiriləcək".
Qeyd edək ki, AŞPA həmməruzəçilərinin bu ilin əvvəlində Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasının səbəbi Böyük Britaniyadakı "Brexit"lə bağlıdır. Ötənilki yay sessiyası zamanı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanı britaniyalı deputat Rocer Geyl əvəzləyib. Gələn ayın əvvəli baş tutacaq səfər onun Azərbaycana həmməruzəçi qismində ilk səfəri olacaq./report/
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















