Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
"ABŞ körfəzdəki gərginliyi qərəzli şəkildə artırır".
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O qeyd edib ki, bölgəni açıq münaqişələrin yaşandığı boşluğa sürükləyirlər: "Pentaqon hər nə qədər əksini iddia etsə də, tam olaraq nədən bəhs etdiyimizi anladıqlarını düşünmürəm. İran ətrafında baş verən hadisələr narahat vericidir. ABŞ-ı İrana qarşı atacağı düşüncəsiz addımların nəticələrini fikirləşməyə dəvət edirik. İki ölkə arasındakı vəziyyət müharibənin astanasında tarazlanır və bu son dərəcə təhlükəlidir".Azadinform