Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
Qüdsdəki Rusiya-ABŞ-İsrail formatında keçirilən görüşdə Moskva İranın maraqlarını nəzərə alacaq, Tehranın fikirlərini ABŞ və İsrailə çatdıracaq.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"İran Suriya proseslərində qanuni hökumətin dəvəti ilə mövcuddur və terrorla mübarizədə fəal iştirak edir. Buna görə də biz İranın maraqlarını nəzərə almalıyıq. Çünki onlar əhəmiyyətli miqdarda vəsait ayırıb və bu məsələdə müəyyən uğura nail olublar", - Patruşev bildirib.
Xatırladaq ki, üçtərəfli müzakirələr iyunun 24-25-də keçiriləcək. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq.