Vaşinqtonda təşkil olunan görüş Ermənistan üçün o zaman dönüş nöqtəsinə çevrilər ki, İrəvan danışıqlara sadiq qalıb torpaqları sülh yolu ilə qaytarsın.
Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli axar.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi bu dəfə də danışıqları pozsa, Azərbaycana müharibədən başqa yol qalmır:
"Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın ifadəsi çox yanlış və mənasızdır. Ermənistan rəhbərləri nəzərə almalıdır ki, Vaşinqtonun bu məsələdə mövqeyi bəllidir. Donald Trampın Prezident İlham Əliyevə ünvanlandığı məktubda da bu öz təsdiqini tapır. Açıq şəkildə ABŞ öz mövqeyini ortaya qoyub ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Əgər görüşdə torpaqların qaytarılması ilə bağlı razılıq əldə olunmasa, bundan sonra Ermənistan tərəfi ilə mənasız danışıqların uzanmaması üçün müvafiq addımların atılması mümkündür. Həmçinin ATƏT-in Minsk Qrupunun bu məsələdə mövqeyi də açıq-aydın bəllidir. Buna görə də Ermənistan Vaşinqtonda baş tutan görüşdə hansı dönüş nöqtəsindən və kartları geri qaytarmaqdan danışa bilər ki? Bu görüş İrəvan üçün o zaman dönüş nöqtəsinə çevrilər ki, danışıqlara sadiq qalıb torpaqları sülh yolu ilə qaytarsınlar. Əks halda Azərbaycana müharibədən başqa çıxış yolu buraxmayacaqlar."
Qeyd edək ki, Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın öz Tvitter hesabında, "Cinayətkar ehtiyatsızlığı ucbatından Vyana-Sankt-Peterburq-Cenevrədəki danışıqlar Düşənbədəki liftdə olan mövqe ilə dəyişiləndə çox sürətli şəkildə aydın oldu ki, Azərbaycan bizi küncə sıxmaq üçün ikinci nəfəs əldə edib. Vaşinqton görüşü yəqin ki, öz səhvlərimizi düzəltmək, danışıqlar masası arxasında mənasız şəkildə əldən verdiyimiz kartları geri qaytarmaq üçün son şansımızdır", - deyə bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























