Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
"Bazar günü ölkəmizi və İstanbulu xalq düşməni faşist mentalitetə təslim etməyəcəyik".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, 31 Martda keçirilən seçkinin qalibi şübhəsiz "Cümhur İttifaqı"dır: "Bəs o zaman niyə 23 iyunda seçki keçiririk? Çünki, qərəzli səhvlər aşkar etdik. İki namizəd arasındakı səs fərqi 29 mindən 13 minə qədər düşdü. Buna "səslər oğurlanıb" adı verilməlidir. Kimlərsə təkidlə deyir ki, bəs oğru kimdir? Onlara demək lazımdır ki, AKP-nin səslərini "buxarlaşdıran" şəxs kimdirsə, oğru odur. Mütləq adınımı demək lazımdır? Oğru özünü bildiyi üçün çırpınır".Azadinform