Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
Türkiyə təhlükəsizlik qüvvələri ölkənin Bitlis bölgəsində antiterror əməliyyatı həyata keçiriblər..
Mediainfo.az-ın verdiyi xəbərə görə, əməliyyat zamanı "Ali Piling" ləqəbli təhlükəli terrorçu Şerif Yakut məhv edilib. Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan Ş.Yakutun ələ keçirilməsi üçün hökumət 4 milyon lirə (təxminən 700 min ABŞ dolları) pul mükafatı vəd etmişdi.
PKK terroçusu son 1 ildə Diyarbəkirdə, Bitlisdə, Batmanda, Muşda, Musda, Bingöldə və digər vilayətlərdə bir sıra terror aktlarını həyata keçirmək barədə tapşırıqlar verib. Şerif Yakut həmçinin PKK terrorçularına 68 Türkiyə vətəndaşının öldürülməsini tapşırıb.