Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
Vladimir Zelenski özünü pis hiss edən kansler Angela Merkelə yardım etməli idi.
Bu sözləri Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko deyib.
"Sənin gözünün qarşısında qadının halı pis olduqda, ona yardım etməlisən. Əgər mən Merkelin, yaxud başqasının yanında dayansaydım, onlar güclü qollarıma və çiynimə arxalana bilərdilər. Yanında dayanıb, özünü görməzliyə vurmaq kişiyana davranış deyil", - deyə partiya lideri bildirib.
Qeyd edək ki, Angela Merkel Zelenski ilə görüşündə özünü pis hiss edib.
Zelenski ilə yanaşı dayanan Merkeli əsməcə tutub. Ukrayna prezidenti isə özünü görməzliyə vuraraq kanslerə hər hansı yardım təklif etməyib. Axar.az