Vaşinqton İranın nüvə proqramı çərçivəsində fəaliyyət göstərən obyektlərinə taktiki hava bombardmanı təşkil etmək niyyətindədir.
Bu iddia BMT-nin adı açıqlanmayan bəzi qaynaqları tərəfindən səsləndirilib.
Yəhudi dilində fəaliyyət göstərən "Maariv" qəzetinə açıqlama verən mənbələr Ağ Evdə ali səlahiyyətli hərbi komandanlar, Müdafiə Nazirliyinin təmsilçiləri və prezident Donald Trampın məsləhətçiləri arasında cümə günündən etibarən İran mövzusu ilə bağlı müzakirə aparıldığını bildirib.

Xəbərə görə, ABŞ Oman körfəzində tankerlərə hücumdan məsuliyyətli hesab etdiyi İrana taktiki hücum hazırlığındadır. Qeyd olunur ki, ABŞ böyük bir bombardman edəcək, amma bu hücum bəlli bir hədəflə məhdudlaşacaq.
Mənbələrin informasiyasına görə, Donald Tramp İrana hücum etməkdə maraqlı və istəkli deyil. Lakin artıq səbri tükənib və bunun üçün hərəkətə keçmək istəyən dövlət katibi Mayk Pompeoya istədiyi şəraiti yaradacaq.Publika
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































