İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) iştirakçı ölkələri nüvə sazişinin qorunması üçün lazımi addımlar atmayacaqları təqdirdə, İran Nüvə Silahının Yayılmamasına dair Müqavilədən (NSYM) çıxmaq məsələsinə baxacaq.
Bunu bazar ertəsi parlamentin Atom məsələləri komitəsinin sədri Müctəba Zonnur deyib.
"BHFP-nin digər iştirakçı ölkələri lazımi tədbirlər görməyəcəkləri təqdirdə, biz nüvə sövdələşməsinə əlavə olan Əlavə protokolun icrasını dayandıracaq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığımıza yenidən baxacaq və Nüvə Silahının Yayılmaması Müqaviləsindən çıxmaq məsələsini nəzərdən keçirəcəyik", – deyə IRIB teleradio yayım korporasiyası onun sözlərini sitat gətirib.
M.Zonnur izah edib ki, burada söhbət nüvə sazişi çərçivəsində öz öhdəliklərini tam yerinə yetirməyən Avropa ölkələrindən gedir. Report
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















