Yəməndə qiyamçı husilər pilotsuz aparatlarla Səudiyyə Ərəbistanının cənubundakı Cizan və Abxa aeroportlarına hücum edib.
Bu barədə "Al-Masira" telekanalı iyunun 15-də məlumat yayıb.
Husilər pilotsuz aparatlarla Cizan aeroportunun dispetçer məntəqəsini və Abxa aeroportunun yanacaqdoldurma stansiyasını hədəf seçiblər. Hazırda bu aeroportlar fəaliyyət göstərmir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Abxa şəhərinə yönələn pilotsuz aparatların vurulduğunu bəyan edib. Aeroportlara hücum zamanı ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir.
Qeyd edək ki, husilər iyunun 12-də raketlərlə Abxa aeroportuna zərbə endirmiş, həmin vaxt 26 nəfər yaralanmışdı.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























