Qazaxıstandakı etiraz əhval-ruhiyyəsi yoxsulluqla əlaqəlidir.
Bunu "Avronyus"a müsahibəsində Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib. O, hökumətin onun prezidentliyinə qarşı etiraz edənlərin səsini eşitdiyini bildirib:
"Nümayişçilərə gəlincə, onlar həqiqətən küçələrə etiraz əlaməti olaraq çıxdılar. İndi onların tələblərinin analizi aparılır. Əsasən, bu tələblər sosial xarakter daşıyır. Mən bu məsələlərin mövcud olduğunu inkar etmirəm. Onlar əsasən, insanların yoxsullaşması ucbatından yaranır. Onlar hökumətdən sosial-iqtisadi problemlərinin həllini istəyirlər. Hökumət onları eşitdi. Biz bunun üzərində çalışacağıq".
Qeyd edək ki, 9 iyunda Qazaxıstandakı prezident seçkisindən sonra Almaatıda etiraz aksiyaları keçirilmişdi. Aksiya zamanı yüzlərlə insan polis tərəfindən saxlanılmışdı. Axar.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















