"Mən həyatımın 16 ilinin ruhunu satdım", - deyə etirazını bildirən fransız mənşəli erməni iş adamı Valeri Aşxen Qortsunyan artıq Ermənistanla əlaqələrini birdəfəlik kəsmək qərarındadır. Tert.am saytının məlumatına görə, biznesmeni bu qəti qərarı verməyə Ermənistanın vergi strukturları vadar ediblər. Onun qarşısında şərt qoyulub ki, vergi borcunu 24 saat ərzində ödəsin. İş adamı bu ultimatumu təəccüblə qarşılayıb: "Bütün ölkələrdə vergini ödəmək üçün vergi ödəyicisinə vaxt verilir. Ermənistan kimi zəif iqtisadiyyatı olan gənc bir dövlət üçün bu yolverilməzdir." Valeri Aşxen Qortsunyanın sözlərinə görə, çətin anlarda həmişə anası ona kömək edib. İndiki halda da anası ona narahat olmamağı tapşıraraq deyib: "Sən fransızsan, Fransa sənə hər şey verib. Bəs Ermənistan sənə nə verib? Ancaq almağı bilib." Sonda iş adamı fikrini bu cür yekunlaşdırıb: "Lənət olsun! Gör nə günlərə qaldıq!"
Xatırladaq ki, bu, əcnəbi iş adamlarının Ermənistandan kütləvi şəkildə gedişinin kiçik bir hissəsidir. Bundan əvvəl ABŞ biznesmenləri, daha sonra Rusiya biznesmenləri Ermənistandakı sərmayələrini dəyər-dəyməzinə sataraq öz ölkələrinə qayıtmışdılar. Hətta erməni mənşəli əcnəbilər də bu ölkədə qərar tuta bilmədiklərini etiraf edirlər.
Sərvər Aslanov
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































