Qalmaqallara baxmayaraq, Moldova Müdafiə Nazirliyi Ermənistana silah ötürməkdə davam edəcəyini bildirir. Ermənistan mətbuatının Moldova xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Moldova Respublikasının rəhbərliyi Ermənistanın sifariş verdiyi silahların qalığını da bu ölkəyə göndərməyə hazırlaşır. Moldova parlamentinin Milli təhlükəsizlik və Müdafiə komissiyasının yekun iclasında bu ölkənin Müdafiə naziri Vitaliy Marinutsa hökumətin mövqeyini açıqladı. Bununla belə, vasitəçi kimi adı hallanan Latviya firması barədə məlumat verməkdən imtina etdi.
Yeri gəlmişkən, mətbuatda yayılan məlumata görə,
adıçəkilən Latspetsexports firması Latviya hökumətinin razılığı olmadan mövcud
silah alverində vasitəçilik etdiyi üçün lisenziyadan məhrum ediləcək.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Moldovanın məxfi sənədlərlə
Ermənistana 60 ton köhnə, lakin güclü hərbi texnika satdığı barədə məlumat
yayılmışdı. Yükün 40 tonu Benqazidən Kişinyova gələn İl-76 təyyarəsi ilə
Ermənistana çatdırıldı. Moldova rəsmiləri bu hadisəni etiraf etməli olsalar da,
Ermənistan Müdafiə Nazirliyi hələ də xəbəri təkzib edir.
Ermənistan həmişəki kimi "artıq ət" prinsipi ilə hərəkət edir...
Sərvər Aslanov
O.M.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


