Ermənistanın "Qraparak" qəzetinin yaydığı məlumata görə, Ermənistan Milli Konqresindən olan İrəvanın Əcəbnaq seçki qərargahının sədrinin oğlu Feliks Gevorkyan polis tərəfindən dəhşətli işgəncələrə məruz qalıb. Bunu Gevorkyanın vəkili Stepan Voskanyan bu gün jurnalistlərə açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, 22 sentyabrda Maştos polis bölməsinin rəisi, onun müavini 5 əməkdaşı ilə birlikdə Gevorkyanın evinə gəlib, onu döyə-döyə bölməyə aparıblar. Onu bölmədə də möhkəm döyüblər və 1 martda baş verən qətldə iştirak etdiyini boynuna qoymaq istəyiblər. Gevorkyan mövcud cinayət işinə görə siyasi məhbus kimi yaxalandığını bildirərək, deyilənlərə qəti etirazını bildirib. Buna baxmayaraq, polislər ondan əl çəkməyiblər və ayağına dağ basaraq, dırnaqlarını çıxarıblar. Bundan sonra Gevorkyan bir neçə soyğunçuluq, qarət cinayətləri üzrə işləri boynuna götürməli olub.
Vəkil sözlərinə onu da əlavə edib ki, fakt üzrə ekspertiza təyin olunub. İşgəncə məsələsi sübuta yetərsə, o, günahkarların cəza almalarına nail olana qədər müvəkkilinin müdafiə edəcək.
Ermənistanda hüquq mühafizə orqanları cinayətkarları mühafizə edirlər. Belə ki, ölkədə ancaq onların hüququ qorunur...
Hafiz Əhmədov
O.M.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


