Firudin Sadıqov: "Onların öz dillərində, başa düşdükləri dildə özlərini müdafiə etmək imkanı yoxdur"
"Ermənistan Dağlıq Qarabağdakı əlaltıları vasitəsi ilə şou düzəldib. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələdə məhkəmə zalından başlamış bütün proseslərdə beynəlxalq hüquq normalarının pozuntusu müşahidə olunur".
Apa-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.
F. Sadıqov bildirib ki, girov azərbaycanlıların öz dillərində, başa düşdükləri dildə özlərini müdafiə etmək imkanı yoxdur: "Guya onları tərcüməçi ilə təmin ediblər. Lakin tərcüməçi rus və Azərbaycan dillərini səlis bilmir. Məhkəmə zalında maskalı şəxslər iştirak edir. Bu da təzyiq vasitəsidir. Təqsirləndirilən şəxslər ayrıca oturmalı, tərcüməçiləri, vəkilləri ilə sərbəst şəkildə ünsiyyətdə olmalıdırlar. Ermənilərin özlərinin yaydığı kadrlara baxanda da görünür ki, onların suallara hazırlaşmaq imkanı yoxdur".
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi






































.jpg)












