Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dəfn olunduğu gündən dörd il keçir. Apa -nın cənub bürosunun məlumatına görə, bu münasibətlə Biləsuvar Olimpiya İdman Kompleksində Müdafiə Nazirliyi (MN) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Qəhrəmanlıq ənənələrini yasadaq!" devizi altında təntənəli tədbir keçirilib. Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, Çernobıl qəzası və Əfqanıstan müharibəsi əlillərinin, ictimaiyyət nümayəndələrinin, hərbi hissələrin əsgər və zabitlərinin qatıldıqları tədbirdə çıxış edən MN-in nümayəndəsi, polkovnik Abdulla Qurbani, Biləsuvar RİH-nin başçısı Mahir Quliyev, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı və digərləri son on ildə ordu quruculuğunda qazanılan uğurlardan söz açaraq, Mübariz İbrahimov kimi qəhrəmanlar nəslinin yetişdiyini diqqətə çatdırıblar. Bildirib ki, erməni qəsbkarlarına sarsıdıcı zərbə vuran Mübarizin cəsədi düşmənin ciddi-cəhdinə baxmayaraq Ali Baş Komandanın qətiyyəti ilə alınaraq, noyabrın 7-də böyük izdihamla Vətən torpağına tapşırılıb. Qeyd olunub ki, məhz Mübariz kimi qəhrəmanların ardıcılları sayəsində Azərbaycan bayrağı tez bir zamanda Şuşada, Xankəndində, digər işğal altında olan ərazilərdə dalğalanacaq.
Teatrlaşdırılmış ədəbi-bədii kompozisiyada Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, respublikanın tanınmış sənətçilərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mahnıları, şeirləri səsləndirilib. Daha sonra 120 biləsuvarlı şəhidin portreti canlandırılıb, Mübariz İbrahimovun qəhrəmanlıq yoluna bir daha nəzər salınıb.
Sonda Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış edərək oğlunun xatirəsini əziz tutduğu üçün Azərbaycan xalqına minnətdarlığını bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































