Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Sloveniyada anılıb. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman – faşizminə qarşı döyüşən azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinin, həmçinin Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Miyahlo) ölümün 70-ci ildönümü ilə bağlı Sloveniyanı Novo Qoritsa şəhərində tədbiri keçirib. Anım mərasimi zamanı səfir Qalib İsrafilovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycan Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndələyinin rəhbərliyi, Sloveniya Respulikasının Müdafiyə Nazirliyinin nümayəndələri, Nova Qoritsa şəhər meriyasının rəhbərliyi, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və hərbi attaşeləri, Sloveniya Parlamentinin üzvləri, siyasi – ictimai xadimlər və eləcədə yerli sakinlər iştirak ediblər.
Tədbirdə Trnovo şəhərin meri Kersin Podqornik, Sloveniya Parlamentin üzvü Miriyam Bonklanşçek, Azərbaycan Respublikasının Sloveniyadakı Müvəqqəti İşlər Vəkili Azər Xudiyev və Azərbaycan – Sloveniya Dostluq Cəmiyyətinin sədri İvan Başın çıxış edərək, əfsanəvi qəhrəmanın həyat yolundan danışıblar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































