10 oktyabrda Ermənistanda kütləvi etiraz aksiyalarına başlanılacaq

10 oktyabrda Ermənistanda kütləvi etiraz aksiyalarına başlanılacaq
Məqsəd S.Sarkisyanın komandasının iqtidardan getməsinə nail olmaqdır

Cari ilin 10 oktyabr tarixində Ermənistanda kütləvi etiraz mitinqləri keçirmək nəzərdə tutulub. Müxalifətdə olan 3 siyasi cərəyanın təşkil edəcəyi mitinqlərin kütləviləşəcəyi ehtimal olunur.

Ermənistanın "168 jam (168 saat)" qəzetinin məlumatına görə, gündəlikdə duran əsas məsələ ölkənin ən sanballı oliqarxı olan, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanın bu mitinqdə iştirakıdır. Belə ki, adıçəkilən şəxs Ermənistanın ən imkanlı iş adamlarından biri və sabiq prezident Robert Koçaryanın yaxın silahdaşı kimi tanınır. Partiyaya yaxın olan mənbələr Qaqik Sarukyanın mitinqlərə qoşulacağını bildirsələr də, hələlik bu məsələnin məxfi saxlanılmalı olduğunu qeyd edirlər. Onlar partiyanın liderinin bu addımını mitinqlərdə iqtidarın dəyişməsi barədə səslənəcək şüarlarla əlaqələndirirlər.

Məlumatda bildirilir ki, mitinqlərdə əsas və yeganə məqsəd mövcud iqtidarın siyasi səhnədən getməsinə nail olmaqdır və etrazçılar bu məqsədlə müddətsiz oturaq aksiyalar keçirməyi planlaşdırırlar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az