Ermənistan əhalisi sürətlə azalır. Tert.am-ın məlumatına görə, ölkənin Səhiyyə nazirliyinin analığı qoruma və reproduktiv sağlamlıq şöbəsinin müdiri Qayana Avaqyan vəziyyətin acınacaqlı olduğunu, get-gedə pisləşdiyini bildirib. Məmur Milli statistika komitəsinin hesabatına əsaslanaraq, son illər erməni əhalisinin sürətlə azaldığını qeyd edib. O, analoji azalma tempinin davam edəcəyi təqdirdə, 2035-ci ildə Ermənistan əhalisinin 2 milyon 700 min nəfər təşkil edəcəyini deyib. Ölkədə emiqrasiya tendensiyasının yüksələn xətlə inkişaf etdiyini nəzərə alsaq, proqnozlaşdırılan rəqəmin daha da aşağı olacağını söyləmək olar.
Demoqraf Ruben Yeqanyanın fikrincə, hökumətin doğuşu stimullaşdırmaq barədə atdığı addımlar nəticə verə bilməzdi. O, bu sahədə uğursuzluğu ölkədə hökm sürən sosial-iqtisadi, siyasi, mənəvi-psixoloji problemlərlə əlaqələndirib. "Uşaq üçün verdikləri müavinətlər qəpik-quruşdur. Bu vəsait yaxşı nəticələr verə bilməz, köklü inkişafa şərait yaratmaz, ümumiyyətlə heç nəyi dəyişməz. Ölkədə doğuşun sayının sürətlə düşməsi labüddür, geridönülməz prosesdir, bu, reproduktiv yaşda olan əhalinin azalması ilə bağlıdır".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




