Yaralı əsgərlərimiz 15 günə vətənə qayıdır. ANS TV-nin məlumatına görə, ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan və Ankarada müalicə olunan Azərbaycan əsgərləri 15 günə vətənə qayıdacaq.
Sərxan Tahirzadə və Elvin Əsgərov Atatürk Eyitim və Araşdırma xəstəxanasında, Ədalət Məmmədov isə Ankara xəstəxanasında VİP palatalarda müalicəsini davam etdirir. 19 yaşlı Sərxan Tahirzadənin hər iki ayağı amputasiya edilib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralandığını söyləyən əsgər aparılan müalicənin onun səhhətinə çox böyük köməyi olduğunu dedi.
O bildirib ki, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Xəstəxanaya daha ağır vəziyyətdə gətirilən Elvin Əsgərov isə özü artıq sərbəst şəkildə yeriyə bilir.
Yaralıların vəziyyətinin getdikcə yaxşılaşdığını deyən əsgərlərin yaxınları da göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.
Sərxanın dayısı Mayıs Nəhmətov Sərxanın yaxşı olduğunu və bir-iki həftəyə Azərbaycana qayıdacaqlarını bildirdi.
Yaralıları xəstəxanada Türkiyə parlamentinin sədri Cəmil Çiçək, indiki baş nazir Əhməd Davudoğlu və ölkə siyasətinin digər tanınmış simaları ziyarət edib. Ankarada yaşayan azərbaycanlı ailələr də yaralı əsgərlərə ara-sıra baş çəkir.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




