Ermənilərin Kəlbəcərdə öldürərək Qarabağda dəfn etdikləri Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ailəsinin müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ), Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən qəbul edilib.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın apa-ya verdiyi məlumata görə, müraciət Şeyxə bu gün təqdim olunub və orada ailəsi tərəfindən Həsənin meyitinin geri qaytarılmasına yardım olunması xahiş olunur.
R. Dadaşova deyib ki, hazırda Şeyx müraciətə baxır və hansı formada yardımın edilməsi müzakirə olunur. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda 3 Azərbaycan vətəndaşını girov götürüb. Həmin şəxslər Şahbaz Quliyev, Dilqəm Əsgərovdur və Həsən Həsənovdur. Həsən Həsənov ermənilər tərəfindən öldürülüb və Dağlıq Qarabağda BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




