Cəbhənin Ağdam rayonu istiqamətində şəhid olmuş Biləsuvar sakini Qarayev Anar Vidadi oğlu bu gün səhər saatlarında doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndindəki Qəbiristanlığında torpağa tapşırılıb.
Mediainfo.az xəbər verir ki, şəhidin dəfnində xidmət etdiyi hərbi hissəsinin əsgər və zabitləri və rayon ictimaiyyəti iştirak edib. Şəhidə kənd qəbiristanlığında İslam qaydalarına uyğun olaraq Namaz qılınıb, Ruhuna dualar oxunub. Dəfn mərasimində iştirak edən fəxri qarovul dəstəsi havaya yaylım atəşi açıblar.
Çıxış edən hərbiçilər cəmi 4 ayın əsgəri olan Anarın ermənilərin diversiya-təxribat urupunun hücümü zamanı göstərdiyi qəhrəmanlıqdan söhbət açıblar. Həkimlər hələ 4 ay öncə səhhətində olan müəyyən qüsura görə Anar Qarayevi hərbiyə getməməsi barəsində qərar çıxarsalar da, o, hərbi xidmətə getmək üçün könüllü olaraq ərizə verib. Anar dostları ilə söhbət zamanı daima ən böyük arzusunun Mübariz kimi düşmənə layiqli dərs vermək olduğunu deyirmiş. O, hərbi xidmətinin 4-cü ayında arzusuna çataraq Şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət etsin!
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




