"Həsənin meyitinin geri qaytarılması üçün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə müraciət etmişik".
Bu barədə Modern.az saytına cəhbə xəttini keçənlərdən biri - Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib. "Ötən həftə şeyxə müraciət məktubu yazdıq. İnanırıq ki, qardaşımın meyitinin geri qaytarılması üçün bizə kömək göstəriləcək".
N.Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə yeni bir məlumat almaq üçün gedəcəyini açıqlayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə Modern.az-a açıqlamasında bildirib ki, girovlarla bağlı hər hansı yeni məlumat yoxdur.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda iki Azərbaycan vətəndaşını girov götürüb. Həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Onlarla getmiş 3-cü şəxs – Həsən Həsənov isə girov düşərək öldürülüb və Dağlıq Qarabağda ermənilər tərəfindən BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub. Onun meyitinin geri qaytarılması üçün dialoqlar davam etdirilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































