Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik ərazilərin böyük bir hissəsini işğal altında saxlayan Ermənistan bu ay Kəlbəcərdə azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Daha bir azərbaycanlı – Həsən Həsənov öldürülüb.
İşğalçılar iddia edir ki, hər üç şəxs Kəlbəcərə iyunun 29-da Azərbaycan kəşfiyyatının tapşırığı ilə keçib şpionluqla məşğul olublar.
Dilqəm Əsgərov və Şahbaz Quliyevə iyulun 4-də 17 yaşlı ermənini oğurlayıb öldürmək ittihamı da irəli sürülüb.
İddia olunur ki, Həsən Həsənov iyulun 11-i Kəlbəcərdə bir ermənini öldürüb, birini yaralayıb və özü də həlak olub. İyulun 24-də Həsən Həsənovun öldüyü rəsmən təsdiqlənib.
"Media forum" saytı Beynəlxalq Qızıl Xaç Komitəsi təmsilçilərinin Dilqəm Əsgərov və Şahbaz Quliyevə nə vaxt baş çəkəcəyi ilə maraqlanıb. Qurumun Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova iyulun 25-də suala belə cavab verib: "Saxlanan şəxslərə baş çəkmək Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatında var. Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır".
Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanmasına gəlincə, İlahə Hüseynova deyib: "Müəyyən məlumatlar var ki, adətən biz onu ictimailəşdirmirik. Bu məlumat da onlardan biridir".
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi






































.jpg)












