"Azərbaycan bu iki qorxmaz oğlunun qayğısına qalacaq"

"Azərbaycan bu iki qorxmaz oğlunun qayğısına qalacaq"

Aydın Mirzəzadə girov düşən azərbaycanlılardan yazdı

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın mülki vətəndaşlarının Kəlbəcərdə girov düşməsi haqda fikirlərini paylaşıb. Teleqraf.com xəbər verir ki, millət vəkli Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində tutulan Dilqəm Əhmədov və Şahbaz Quliyev haqqında hər iki ölkənin mətbu orqanlarında çox saylı məlumatlara toxunub.

"Ermənistan mətbuatı məlumatları əsəbiliklə və gərginliklə verir. İki mülki vətəndaş onların cəbhə xəttini hiss edilmədən keçərək işğal altında olan Kəlbəcər rayonuna gəlir və hətta orada videoçəkilişlər də edirlər. Bu isə Ermənistanın özündə Ermənistan ordusu haqqında mifi darmadağın etmiş olur. Azərbaycan mətbuatında isə məlumatlar həyəcanla və fəxarətlə verilir. İki mərd Azərbaycan kişisi ölümünü gözünün qarşısına alaraq düşmən tərəfə keçməsi və özlərini evlərindəki kimi hiss etməsi xalqımızın genetik qorxmazlığından xəbər verir.

Əslində də belədir. Kəlbəcər Azərbaycan ərazisidir və hər iki şəxs öz evlərinə getmələri üçün kimdənsə icazə almağa ehtiyac görməyiblər. Yaxınlarının dediklərinə görə onlar əvvəllər də o ərazilərə gedib-gəlirlərmiş. Ermənistan əsgəri tutduğu ərazini heç də güclü qorumurmuş. Hər halda Dilqəmin və Şahbazın o ərazidə tutulması bunu sübut edir.

Bilmirəm bu "başısoyuqluğa" görə neçə erməni generalı vəzifəsindən qovulacaq, neçə hərbi hissəyə qəfil yoxlamalar gələcək, ancaq göründüyü kimi silahsız Azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş. Belə nümunələr yaxın tariximizdə artıq varımızdır. Ramil Səfərov Ermənistan zabitinin Azərbaycan bayrağına təhqirinə dözməyərək onun layiqli cəzasını verməsini hər birimiz bilirik. Mübariz İbrahimov Ermənistan əsgərlərinin azğınlığına dözməyərək işğal edilmiş tərəfə keçərək neçəsinin layiqli cəzasını verməsi çox ədalətli idi. Dilqəm Əhmədov və Şahbaz Quliyev isə Vətən ayrılığına dözməyərək öz evlərinə döndülər. Onlar üçün bütün müharibə və diplomatik qaydaları mövcud deyilmiş və bununla da Ermənistanın kürkünə birə saldılar. Bütün oğulları kimi Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaqdır. Şübhəm yoxdur ki, dövlətimizin gücünü bu məsələdə də görəcəyik".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az