Hazırda video və fotomateriallarda göstərilən vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır
Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir. Məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (ƏİDİDK) mətbuat xidmətindən bildirilib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.
Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib.
Hazırda video və fotomateriallarda göstərilən vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



