Qənirə Paşayeva sənətçilərlə ön cəbhədə

Qənirə Paşayeva sənətçilərlə ön cəbhədə

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşkilatçılığı, "Aşıq Şəmşir Ocağı" İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ölkəmizə səfər etmiş Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti Tovuz rayonunda ön cəbhədə "N" saylı hərbi hissədə olub və hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüblər.

Mediainfo.az xəbər verir ki, tədbirdə" Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyədən və İraqdan gəlmiş aydınlar, sənətçilər və media mənsubları iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərimizlə bir arada olmaqdan və qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr gününü bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib.

Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuzun ön cəbhə kəndlərində olublar və onlara atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbiristanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbiristanlıq salma məcburiyyətində qalmasından, həmin qəbiristanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az