Azərbaycanda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğunlaşdırmaqdır.
Beləki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.
Qeyd edək ki, hər iki qanun layihəsi parlamentin iyunun 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































