Müvəqqəti dayanacaqlar əlillər üçün pulsuz olacaq

Müvəqqəti dayanacaqlar əlillər üçün pulsuz olacaq

Azərbaycan paytaxtında müvəqqəti dayanacaqlar və parkinqlər əlillər üçün pulsuz olacaq. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.

H.Abdullayev qeyd edib ki, bu güzəşt yalnız I qrup əlillərə şamil ediləcək: "Yəni bu, məhz iş qabiliyyətini itirmiş əlillərə şamil olunacaq. Sürücülərin əlil olub-olmadığı nəzarətçilər tərəfindən müşahidə olunacaq. Sürücü I qrup əlildirsə, qeydiyyata alınacaq ki, cərimələnməsin. Eyni zamanda yaxınlıqda yaşayan əlillər üçün də dayanacaq kartları pulsuz olacaq".

H.Abdullayev bildirib ki, bu güzəştlərin II və III qrup əlillərə şamil olunması nəzərdə tutulmur: "Çünki bu kateqoriyaya aid əlillərin iş qabiliyyəti var".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az